Marneulidə
02.06.2023 11:19
353
Mədəniyyət
A
Marneulidə "ADİK" klinika azyaşlılar üçün şənlik tədbiri keçirib - VİDEO

1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi günü münasibətilə Marneulidə fəaliyyət göstərən "ADİK" klinikanın həyətində azyaşlılar üçün şənlik tədbiri keçirilib.

Aktual.ge xəbər verir ki, sözügedən günə həsr olunmuş tədbirdə "ADİK" klinikasının pediatr şöbəsində müalicə alan uşaqlar, həkimlər, ictimaiyyət nümayəndələri və Marneuli-Qardabani majoritar deputatı Zaur Darğallı iştirak edib.

Azyaşlıların əyləncəsi üçün təşkil edilən tədbir müsiqi və hədiyyələr fonunda davam edib.

Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşağların müdafiəsinə həsr etməy qərara alınıb. Bundan sonra həmin gün Uşaqarın Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

ŞƏRH YAZ
0