May ayında ən çox bahalaşan 10 məhsul - SİYAHI
02.06.2023 12:29
462
İqtisadiyyat
A
May ayında ən çox bahalaşan 10 məhsul - SİYAHI

2023-cü ilin may ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,1 faiz, illik inflyasiyanın səviyyəsi isə 1,5 faiz təşkil edib. 

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Məlumatda qeyd olunub ki, baza inflyasiyası 2023-cü ilin may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 4,0 faiz təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin may ayında ən çox bahalaşan 10 ərzaq məhsulunun siyahısını təqdim edirik:

  • Qarpız - 49,5%
  • Soğan - 37,4%
  • Tomat - 27,1%
  • Qarğıdalı unu - 25,1%
  • Tort - 22,6%
  • Kartof - 19,5%
  • Mal əti - 17,7%
  • Xardal -16,9%
  • Mal əti qiyməsi - 16,1%
  • Zavod südü - 15,2%

 

ŞƏRH YAZ
3