
Kateqoriyalar
Almaniyada qətl törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı həbs edilib.
Aktual.ge xəbər verir ki, bununla bağlı bu ölkənin mətbuatı məlumat yayır.
Məlumata əsasən, cinayətkarın 18 ildir axtarılırmış. 52 yaşlı Gürcüstan vətəndaşı Dortmund hava limanında yaxalanıb.
Alman hüquq-mühafizə orqanlarının məlumatına görə, o, 2005-ci ilin yayında Qrats şəhərində bir nəfəri döş qəfəsindən ölümcül yaralayıb.
Saxlanılan şəxs beynəlxalq axtarışa verilib.