
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Dostluq" futbol turnirinin açılış oyunları keçirilib.
Aktual.ge xəbər verir ki, QHİM-in direktoru Rezo Həsənov qonaqları, turnir iştirakçılarını, gəncləri salamlayaraq bildirib ki, bu il Azərbaycanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur və bununla bağlı dünyanın bir çox ölkəsində silsilə tədbirlər keçirilir, Gürcüstanda da, dahi şəxsiyyətin ruhu yad edilir, müxtəlif idman yarışları, məlumatlandırıcı görüşlər, anım gecələri təşkil edilir.
O qeyd edib ki, bu turnir "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin Ulu Öndərlə bağlı keçirdiyi bu il ikinci böyük tədbirdir. Həmçinin R.Həsənov qeyd edib ki, idman sağlamlığı, dostluq və inteqrasiyanı özündə birləşdirən böyük bir gücdür.
Çıxışının sonunda o göstərdikləri dəstəyə görə Marneuli meriyasıvə əməkdaşlarına, xüsusilə Qızılhacılı kəndinin majoritar deputatı Ceyhun Çovdarova və merin nümayəndəsi Sədrəddin Talıbova öz təşəkkürünü bildirib.
Daha sonra söz qonaqlara verilib və onlar da öz çıxışlarında Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, turnir iştirakçılarına uğurlar arzulayıblar.
"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə baş tutan turniridə Dmanisi,Bolnisi,Marneuli,Qardabani və Tbilisi şəhərindən ümumlikdə səkkiz(8) komanda iştirak edib. Olimpiya sistemi üzrə keçirilən turnirdə dörd(4) komanda yarım finala vəsiqə qazanıb. Onlar "Gorarxı" "Qızılhacılı" "Olimp" və "Krcanisi" komandaları olub.
Qeyd edək ki, yarım final və final oyunları 18 iyun saat 10:00-dan etibarən Qızılhacılı idman kompleksində keçirləcək.