Tbilisi Cümə məscidində Azərbaycan şəhidləri üçün quran oxunub və dualar edilib - FOTO
05.10.2020 19:31
581
Din
A
Tbilisi Cümə məscidində Azərbaycan şəhidləri üçün quran oxunub və dualar edilib - FOTO
Bu gün Tbilisi Cümə məscidində Azərbaycanın öz torpaqların işğaldan azad etməsi uğrunda, döyüşən qəhrəman əsgərlər üçün dua və şəhid olanların ruhuna isə Quran xətmi mərasimi keçirilib. Bu barədə Aktual.ge xəbər portalına Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ)mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, din xadimləri və bir qrup möminlərin iştirak etdiyi mərasimdə Hacı Vidadi Qurbanov və Hacı Rahid Kərimovun Quran tilavəti və oxunulan cüz-lərin tapşırmasından sonra işğalda olan torpaqların taleyi haqda çıxışlar edilib. Mərasimdə çıxış edən GMİ-nin şeyxi Hacı Ramin İgidov, İdarənin Ruhanilər Heyətinin üzvü Hacı Kamran Məmmədov, Azərbaycanlı Ağsaqqallar Şurasının üzvü Hacı İshaq Novruzov və başqaları işğala məruz qalan torpaqlarının azadlığı uğrunda əks hücum əməliyyatı aparan qonşu və milli dövlət Azərbaycanın mövqeyini dəstəkləyiblər. Onlar çıxışlarında qeyd ediblər ki, 30 ilə yaxın bir vaxtda BMT-nin qətnamələrinə və bir çox beynəlxalq mötəbər təşkilatların bəyannamələrinə məhəl qoyulmadan 20% torpağı işğalda olmaqla bir milyon qaçqını olan bir xalq təbii ki, bu haqsızlıqla barışa bilməzdi. Bu gün, Azərbaycana dəstəyin milli, dini vəzifədən də aləvə insani vəzifə olaraq haqqı tapdalanmış, zülm olunmuş xalqın yanında olmaq prinsipindən ötrü də vacib olduğunu vurğulamışlar. İllərdir ki, Gürcüstan və Azərbaycan xalqlarının eyni taleləri yaşadığını və hər iki qonşu xalqın bir birinin dərdini çox yaxşı başa düşdüyünü – Hər iki dövlətin 20 faiz torpaqlarının işğal olunmasını və zaman-zaman qurbanlar verdiyini bildiriblər. Mərasimin sonunda hər iki dövlətin işğalda olan torpaqlarının azad olunması, ədalətə əsasında sülhün bərpasını və Allah yanında şəhidlərin daha uca məqama nail olmaları, qanlarının yerdə qalmamaları üçün dualar edilib.
ŞƏRH YAZ
0