Sabah Marneulidə izdihamlı
26.07.2023 10:40
802
Din
A
Sabah Marneulidə izdihamlı "Tasua" yürüşü keçiriləcək

"Hər il olduğu kimi bu ildə Marneulidə Tasua yürüşü keçiriləcək".

Bu barədə Aktual.ge xəbər portalına Marneuli imam cümələrindən biri olan Hacı Hacıyev məlumat verib.

Din xadimi bildirib ki, 27 iyul saat 11:00-də Marneuli Əhlibeyt Cəmiyyətinin qarşısından Hz.İmam Əli (ə) Məscidinə doğru izdihamlı Tasua yürüşü keçiriləcək.

Hacı Hacıyev diqqətə çatdırıb ki, yürüş başa çatdıqdan sonra Marneuli Mərkəzi Məscidinin qarşısında xütbə olacaq və xüsusi qonaqlar təşrif buyuracaq. 

O, müsəlmanları Tasua yürüşündə iştirak etməyə çağırıb.

Əlavə edib ki, bu il Aşura günü 28 iyula təsadüf edir.

ŞƏRH YAZ
5