Bu gün Aşuradır
28.07.2023 00:30
597
Din
A
Bu gün Aşuradır

Bu gün Məhərrəm ayının onuncu günü, Aşura yad olunur.

Aktual.ge xəbər verir ki, Aşura günü ilə əlaqədar Tbilisidəki Cümə Məscidi və bölgələrdəki əksər Məscidlərdə İmam Hüseyn əleyhissalam əzadarlığı keçiriləcək.

Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri Həzrəti İslam Peyğəmbəri Məhəmməd (s) nəvəsi İmam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Gürcüstanın Şərqindəki əksər bölgələrdə toy mərasimləri keçirilmir.

Qeyd edək ki, iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

ŞƏRH YAZ
1