
Gürcüstanda paytaxt Tbilisidəki Cümə Məscidi və bir sıra bələdiyyə və kəndlərdə Aşura günü yad edilib.
Aktual.ge məlumat verir ki, səhər saatlarından başlayaraq rayon və kəndlərdə müsəlmanlarlar Aşura günü ilə əlaqədar məscidlərə, hüseyniyyələrə və dini ocaqlara üz tutublar.
Məscidlərə axın edən müsəlmanlar Hz.Məhəmməd Peyğəmbərin (s) nəvəsi Hz.İmam Hüseyn (ə) üçün sinə vurub, göz yaşı töküb və dualar ediblər.
Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.