Marneulidə Yunan-Roma güləşi üzrə yarış keçirilib - FOTO
07.08.2023 00:38
346
İdman
A
Marneulidə Yunan-Roma güləşi üzrə yarış keçirilib - FOTO

6 avqust tarixində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Marneulidə Yunan-Roma güləşi üzrə Marneuli açıq Birinciliyi yarışı keçirilib.

Aktual.ge məlumat verir ki, yarışın təşkil olunmasında məqsəd, bölgəmizə Yunan-Roma güləşinin inkişafı və təbliğ olunması olub.

Tədbiri GAİM-in icraçı direktoru Murad Muradov açıq elan edib və Raça bölgəsində meydana gələn təbii fəlakət nəticəsində həyatını itirənlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilib.

Yarışda ümumilikdə 6 komanda yarışıb.

1. GAIM komandası
2. Sadaxlı komandası   
3. Araflı komandası  
4. Tbilisi komandası  
5. Qızılhacılı komandası 
6. Siqnaği komandası.

Qalib komandalar isə aşağıdakı kimidir:
1. GAİM komandası 
2. Sadaxlı komandası
 3. Siqnaği komandası

Yarışın sonunda qaliblər diplom və medallarla təltif olunublar.

Yarışın təşkilində "Melody" şirniyyat evi, "Aktual Media" və Marneuli ADİK klinikası dəstək göstərib.

ŞƏRH YAZ
12