İsti havalarda soyuq içkilərdən və duşdan uzaq durun
18.08.2023 01:16
822
Sağlamlıq
A
İsti havalarda soyuq içkilərdən və duşdan uzaq durun

Mütəxəssislər isti havalarda çox soyuq içkilərdən və duşdan uzaq durmağı məsləhət görüb.

Aktual.ge verir ki, bu vəziyyət boğaz infeksiyalarından infarkt riskinə qədər bir çox problemə gətirib çıxara bilər.

Sərinləmək üçün istifadə edilən səhv davranış və ya vərdişlər bəzi risklərə səbəbdir.

Çox soyuq içkilər orqanizmin müqavimətini qırır və boğazdakı virus, bakteriya kimi mikrobların işini asanlaşdırır. Xüsusilə, ürək xəstələrinin bədən müqaviməti və immuniteti aşağı olduğu üçün ümumiyyətlə bu infeksiyalara daha həssas olurlar. İsti havalarda sərinləmək üçün tez-tez istehlak edilən artıq kalorili şəkərli içkilərdən də uzaq durmaq lazımdır. Bunlar həm insulinin ifrazına mənfi təsir edir, həm də maddələr mübadiləsinin fəaliyyətini pozur və daha çox aclıq hissi yaradaraq kilo almağa səbəb olur. Şəkəri yüksək olan bu içkilər zamanla qaraciyərin yağlanmasına gətirib çıxarır, qarın ətrafı böyüyür, metabolik sindrom yaranır. Bu vəziyyət ürək xəstəliklərinə yol açır.

ŞƏRH YAZ
8