Ölkədə yoluxma sayı yenidən cərəyan edir
21.08.2023 00:47
770
Sağlamlıq
A
Ölkədə yoluxma sayı yenidən cərəyan edir

Covid19 - Koronavirus infeksiyası ölkədə yenidən yayılmağa başlayıb.

Aktual.ge xəbər verir ki, ildırım sürəti ilə yenidən yayılmağa başlayan koronavirusa son bir həftədə gündə 300 yoluxma qeydə alınır.

Həkimlər birbaşa deyirlər ki, koronavirusa yoluxanlar arasında hər 11-ci şəxs azyaşlıdır.

Mütəxəssislər ölkədə koronavirusun yeni ştammı EG.5-ə yoluxanları istisna etməsələr də, Səhiyyə Nazirliyi labaratoriyada hələ Covid19-un yeni ştammının aşkarlanmadığını bildirib.

Qeyd edək ki, Yoluxucu Xəstəliklər Xəstəxanasının Baş direktoru Tengiz Tsertvadze Gürcüstanda koronavirusa yoluxma hallarının artması tendensiyası olduğunu bəyan edib və son bir həftə ərzində gündə orta hesabla 300-ə yaxın yeni yoluxma aşkar edildiyini bildirib.

Baş epidemioloq həmçinin koronavirusa görə xəstəxanaya yerləşdirilmə hallarının da artdığını diqqətə çatdırıb.

ŞƏRH YAZ
13