Nazir bütün Gürcüstanı narahat edən məsələyə aydınlıq gətirdi
21.08.2023 22:19
1373
Sağlamlıq
A
Nazir bütün Gürcüstanı narahat edən məsələyə aydınlıq gətirdi

"Bu gün bütün dünyada koronavirus adi, mövsümi virus kimi qəbul edilir. Həyəcan və panika üçün heç bir səbəb yoxdur".

Aktual.ge xəbər verir ki, bunu Səhiyyə naziri Zurab Azaraşvili bildirib.

Son günlər ölkədə Covid19 virusunun yenidən yayılması ilə bağlı məsələlərə toxunan nazir bildirib ki, "Real heç bir əsas yoxdur".

Nazirin sözlərinə görə, bu cür təfərrüatlarla bağlı məlumatların verilməsi əhali üçün həddən artıq stress yarada bilər.

“Həqiqətən xüsusi bir şey baş vermir. Əgər bununla bağlı nəsə dəyişsə, əhali ilk olaraq Səhiyyə Nazirliyindən məlumat alacaq. Koronavirusun yayılması baxımından əvvəlki illərdə qeydə alınanlar keçmişdə qaldı və bu gün onun təkrarlanması üçün heç bir əsas yoxdur" , - nazir "İmedi" telekanalının efirində söyləyib.

Qeyd edək ki, Yoluxucu Xəstəliklər Xəstəxanasının Baş direktoru Tengiz Tsertvadze ötən gün mətbuata açıqlamasında bildirib ki, Gürcüstanda koronavirusa yoluxma hallarının artması tendensiyası mövcuddur. Baş epidemioloq qeyd edib ki, son bir həftə ərzində gündə orta hesabla 300-ə yaxın yeni yoluxma aşkar edilir. O, həmçinin koronavirusa görə xəstəxanaya yerləşdirilmə hallarının da artdığını diqqətə çatdırıb.

ŞƏRH YAZ
5