Qarşıdakı günlərdə bizi necə hava şəraiti gözləyir?
11.09.2023 12:57
739
Maraqlı
A
Qarşıdakı günlərdə bizi necə hava şəraiti gözləyir?

Sentyabrın 11-də Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, sentyabrın 12-13-də isə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şərqi Gürcüstanın bəzi bölgələrinə dolu düşəcəyi gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 11-də və 13-də Tbilisidə yağmursuz hava şəraiti, sentyabrın 12-də isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Məlumata əsasən, ölkənin sahil rayonlarında (Batumi, Kobuleti, Poti): sentyabrın 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, sentyabrın 13-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +23, +25 dərəcə təşkil edəcək. 

Bildirilib ki, Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalidə sentyabrın 11-i və 13-də gün ərzində yağışsız hava şəraiti hökm sürəcək. Sentyabrın 12-də yağış yağacağı gözlənilir. Gün ərzində havanın temperaturu +20, +22 dərəcə təşkil edəcək.

ŞƏRH YAZ
3