Marneulidəki
12.09.2023 10:19
425
Mədəniyyət
A
Marneulidəki "Maarif" Məktəbi hazırlıq işlərini tamamlayıb: Qəbul davam edir

Dünyanın 52 ölkəsində 446 təhsil müəssisəsi və 50 min şagirdi olan Türkiyə Maarif Vəqfi Marneuli şəhərində yeni məktəbinin açılması ilə bağlı hazırlıq işlərini artıq yekunlaşdırıb.

Təhsildə insanlığın ortaq dəyərlərini önə çəkən Türkiyə Maarif Vəqfi Gürcüstanda təhsil mövzusunda yeni və güclü bir addım atır.

Gürcüstan Beynəlxalq Maarif Məktəbləri, Məktəbə qədər təhsildən tutmuş bu, müəssisədə ali təhsilə qədər bütün səviyyələrdə öz bilik və bacarıqlarını bəşəriyyətin sülh və əmin-amanlğı naminə istifadə edən savadlı şəxsiyyətlər yetişdirmək məqsədi daşıyır.

Türkiyənin təhsil sahəsində zəngin təcrübəsini bölüşmək istəyən Maarif Məktəbləri müasir, sinif otaqları, labarotoriyalar, incəsənət, idman zalları, müasir və əhatəli imkanlar yaratmaqla təhsildə imkan bərabərliyi yaradır. Elmə əsaslanan Maarif Məktəbləri bilik, bacarıq, emosiya, estetika və dəyərlərlə yoğurulmuş müxtəlif mədəniyyətlərə həssas, ümum bəşəri, milli və yerli elementlərə diqqət yetirən dövrün tələblərinə uyğun innovativ təhsil yanaşmasını mənimsiyir.

Gələcəyimizin bünövrəsi olan övladlarımızın daha güclü texnologiya sahəsində, elm də və dünya da söz sahibi olmasını istəyirsinizsə artıq Beynəlxalq Maarif Məktəbləri Marneulidədir.

Ünvan: Marneuli Polis binasının yanı

Əlaqə: 511 102985

(R)

ŞƏRH YAZ
1