Bir il sonra zirzəmidə asılmış vəziyyətdə meyit tapılıb
12.09.2023 11:52
1064
Kriminal
A
Bir il sonra zirzəmidə asılmış vəziyyətdə meyit tapılıb

Gürcüstanın Tuşeti rayonunun Omalo kəndindəki evlərdən birinin zirzəmisində asılı vəziyyətdə kişi cəsədi aşkarlanıb.

Aktual.ge xəbər verir ki, hadisə bir neçə gün öncə baş verib.

Məlumata görə, son iki il ərzində ölkə xaricində olan ev sahibi evinə baxış keçirərkən zirzəmidə cəsəd aşkarlayıb.

Bildirilir ki, cəsəd zirzəminin tavanından kəndirlə asılı vəziyyətdə olub. Versiyalardan birinə görə, insident bir il əvvəl baş verib və cəsəd xarici turistə aiddir. Hadisə yeyinə ekspert-kriminalistlər cəlb edilib, istintaq aparılır.

ŞƏRH YAZ
7