12.09.2023 15:19
1022
Maraqlı
A
"iPhone" 15-in qiymətləri mətbuata sızdı: RƏQƏMLƏR GÖZ QAMAŞDIRIR

"Apple" ilin ən gözlənilən smartfon seriyalarından biri olan "iPhone" 15-i təqdim etməsinə cəmi saatlar qalıb, bu mərhələdə mobil telefonun qiymətləri mətbuata sızdırılıb.

Bu barədə Aktual.ge Türkiyə mətbuatına istinadən xəbər verir.

İddiaya görə, "iPhone" 15-in Türkiyədə təxmini satış qiyməti 799 dollar olacaq, seriyanın ən bahalı telefonu olan "iPhone" 15 Pro Max-ın satış qiyməti isə 1299 olacaq.

Bununla belə "iPhone" 15 Plus da işıq üzü görəcəyi iddia edilir.

Türkiyə mətbuatına sizan məlumatda "iPhone" seriyasının vergi daxil olmayan təxmini qiymətləri aşağıdakı kimidir

  • iPhone 15: 799 dollar
  • iPhone 15 Plus: 899 dollar
  • iPhone 15 Pro: 1,099 dollar
  • iPhone 15 Pro Max: 1,299 dollar
  • iPhone 15 Pro Max 1 TB: 1799 dollar

Qeyd edək ki, bu gün Tbilisi vaxtı ilə 21:00-də "Apple" yeni modelin həm xüsusiyyətləri, həm də qiymətlərini rəsmə açıqlayacaq.

ŞƏRH YAZ
5