Odlu silahla mağazaya daxil olub, 2 min lari qarət edib...
13.09.2023 11:48
739
Kriminal
A
Odlu silahla mağazaya daxil olub, 2 min lari qarət edib...

Batumidə mağazaya əlində odlu silahla daxil olub pul tələb edən şəxs saxlanılıb 

Aktual.ge xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Batumidəki supermarketlərdən birinə quldur kimi hücum edib və işçini silahla hədələyib 2000 lari qarət edib. Təqsirləndirilən şəxs gizlənməyə çalışarkən asayiş keşikçilərinə tabe olmayaraq onların istiqamətinə atəş açıb, bu zaman polislər onu tərksilah edərək yaxalayıblar”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Oğurluq yolu ilə əldə edilmiş pullar və cinayət silahı polis tərəfindən sübut kimi götürülüb.

Cinayəti törədən şəxsi 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Faktla bağlı istintaq davam edir.

ŞƏRH YAZ
2