İlham Əliyevin tapşırığı ilə Gürcüstandakı azərbaycandilli məktəblərə on minlərlə kitab göndərilib - FOTO
13.09.2023 13:00
780
Mədəniyyət
A
İlham Əliyevin tapşırığı ilə Gürcüstandakı azərbaycandilli məktəblərə on minlərlə kitab göndərilib - FOTO

Azərbaycanın Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin tapşırığına əsasən Gürcüstandakı azərbaycandilli məktəblər üçün 2023-2024-cü tədris ilində istifadə edilməsi nəzərdə tutulan dərsliklər və müəllimlər üçün metodik vəsaitlər göndərib.

Aktual.ge xəbər verir ki, bu gün Tbilisiyə çatdırılmış kitablar Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib.

Bildirilib ki, Gürcüstanın Təhsil və Elm Nazirliyinə 18 adda 21 min 402 nüsxə Ana dili və ədəbiyyatı dərsliyi təqdim edilib. Bu dərslik və metodik vəsaitlər Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanacaq.

Qeyd edək ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərməkdədir. Bugünədək Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycandilli məktəblərə ümumilikdə 600 mindən çox dərslik və digər metodik vəsait göndərilib.

ŞƏRH YAZ
5