Türkiyədə ürəkləri dağlayan hadisə: Mədən çöküb, yüzlərlə şaxtaçı torpaq altında qaldı
13.09.2023 17:13
992
Dünya
A
Türkiyədə ürəkləri dağlayan hadisə: Mədən çöküb, yüzlərlə şaxtaçı torpaq altında qaldı

Türkiyənin Zonquldak bölgəsinin Ereyli rayonunda Türkiyə Daş kömürü Qurumuna (TTK) məxsus mədəndə naməlum səbəbdən çökmə baş verib.

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Baş vermiş hadisə barədə məlumat verildikdən sonra hadisə yerinə polis, tibb, Milli Tibbi Xilasetmə Qrupu (UMKE), Fəlakət və Fövqəladə Hallar (AFAD) və Türkiyənin Daş kömürü Qurumu (TTK) xilasetmə qrupları sövq ediliblər.

“İçəridə 280 nəfər olub, dörd nəfər isə yaralanıb. Bir nəfər sağ-salamat xilas edilib. Bir nəfər ağır yaralanıb. İki nəfərin canlı olaraq səsini eşidə bilirik. 75 nəfərlik qrupla xilasetmə işlərinə başlanılıb”, - deyə hadisə ilə bağlı açıqlama verən Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib.

ŞƏRH YAZ
16