Mixeil Saakaşviliyə qarşı yeni isintaq başlaya bilər
14.09.2023 11:05
553
Kriminal
A
Mixeil Saakaşviliyə qarşı yeni isintaq başlaya bilər

Müdafiə Nazirliyi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin hava nəqliyyatı ilə bağlı imzaladığı müqavilələrin məxfiliyinin açılması prosesinə başlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu məxfilik Müdafiə Nazirliyi ilə “Georgian Airways” MMC arasında 2010, 2011 və 2012-ci illərdə imzalanmış müqavilələrə şamil edilir.

“İctimaiyyətin yüksək marağı və KİV-də yayılan məlumatlarla əlaqədar Gürcüstanın Müdafiə Nazirliyi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin hava nəqliyyatı ilə bağlı imzaladığı müqavilələrin məxfiliyinin açılması prosesinə başlayıb. Qeyd olunan proses qanunvericiliyə uyğun olaraq qurumda müvafiq komissiya tərəfindən həyata keçirilir.

Bu məxfilik Müdafiə Nazirliyi ilə 'Georgian Airways' MMC arasında 2010, 2011 və 2012-ci illərdə bağlanmış müqavilələrə şamil edilir. Qeyd edək ki, nazirin 2012-ci il müvafiq əmri əsasında Gürcüstan Müdafiə Nazirliyinin 'Georgian Airways' MMC ilə imzalanmış iki müqaviləsi artıq məxfilikdən çıxarılıb.

Qeyd olunan müqavilələrə xidmət məqsədi ilə Müdafiə Nazirliyinin büdcəsindən 14 milyon lari ödənilib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

ŞƏRH YAZ
21