Gürcüstanda ən yüksək və ən aşağı maaş olan sahələr
16.09.2023 13:00
973
İqtisadiyyat
A
Gürcüstanda ən yüksək və ən aşağı maaş olan sahələr

2023-cü ilin 2-ci rübündə Gürcüstanda orta maaş ötən ilin müvafiq dövrü ilə müqayisədə  263,2 lari artaraq 1 804 lari təşkil edib.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

“Sakstat”ın məlumatına görə, fəaliyyət növündən asılı olaraq  aşağıdakı sahələrdə nisbətən yüksək əməkhaqqı qeydə alınıb:

İnformasiya və rabitə – 3 799,8 lari;

Maliyyə və sığorta fəaliyyəti - 3 181,4 lari;

Tikinti - 2 590,3 lari;

Peşə, elmi və texniki fəaliyyət - 2 525 lari

2023-cü ilin 2-ci rübünün məlumatlarına görə, aşağıdakı sahələrdə nisbətən aşağı əmək haqqı qeydə alınıb:

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 1 277,3 lari;

Su təchizatı və tullantı suların idarə edilməsi - 1 149,7 lari;

Təhsil - 1 048,7 lari.

ŞƏRH YAZ
11