Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru ilə görüşüb - FOTO
16.09.2023 17:13
218
Dünya
A
Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru ilə görüşüb - FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla görüşüb.

Aktual.ge xəbər verir ki, bu barədə Prezident Zelenski X hesabında paylaşım edib.

"Ukrayna- BCM əməkdaşlığını daha da inkişaf etdirmək üçün prokuror Kərim Xanla görüşdüm. Putin üçün tarixi həbs qərarı daxil olmaqla bu əməkdaşlıqda artıq çox şeyə nail olunub".

Zelenski deyib ki, BCM-in Ukraynada ofisinin açılışı bu əməkdaşlığa töhvə verəcək.

"Bu müharibədə Rusiyanın törətdiyi cinayətlərə görə ədalət qaçılmazdır", - Zelenski qeyd edib.

ŞƏRH YAZ
0