5 nəfər silahlı şəxs evi qarət ediblər
17.09.2023 15:02
2092
Kriminal
A
5 nəfər silahlı şəxs evi qarət ediblər

Dünən gecə saatlarında 5 silahlı şəxs Tsalencix Bələdiyyəsinin Medan kəndində sakinlərdən birinin evinə soxularaq ev sahibini qarət ediblər.

Aktual.ge xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, zərərçəkən ailə qoz-fındıq ticarəti ilə məşğul imiş və əllərində olan 17 min lari götürülüb.

DİN faktla bağlı istintaqa başlayıb. Bu mərhələdə saxlanılan olmayıb.

ŞƏRH YAZ
11