Marneulidə
18.09.2023 19:14
260
Siyasət
A
Marneulidə "İcma mərkəzlərinin iş prinsipi və ictimai vəkillik" mövzusunda seminar görüş keçirilib - FOTOLAR

Marneuli Bələdiyyəsində jurnalist kadrları və ictimai fəalların yetişdirilməsi məqsədilə həyata keçirilən Jurnalistika kursu davam edir.

Aktual.ge xəbər verir ki, "Aktual Məktəb"in başlatdığı və bu il üçüncüsü keçirilən kurs çərçivəsində bu dəfə Yeni Düşüncə İnstitutunun təsisçilərindən biri Kamran Əfəndiyev iştirakçılara "İcma mərkəzlərinin iş prinsipi və ictimai vəkillik" mövzusunda seminara spikerlik edib. 

Bundan əlavə Kamran Əfəndiyev gənclərə BMT-nin İnkişaf Proqramı (UNDP) və Norveçin dəstəyi ilə #LEAD "Liderlik, Bərabərlik, Vəkillik və Demokratiya" təşəbbüsü çərçivəsində rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi "Gənclərin sosial iştirak naminə gücləndirilməsi: Kvemo Kartlidə vətəndaş təşəbbüslərinin gücləndirilməsi” layihəsi haqqında məlumat verib.

O bildirib ki, sözügedən layihənin məqsədi, vətəndaş təşəbbüslərini dəstəkləmək yolu ilə Kvemo Kartlidə sosial inklüzivliyin gücləndirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, "Aktual Media" qeyri-hökumət təşkilatının nəzdində fəaliyyət göstərən "Aktual Məktəb" Jurnalistika kursları 2021-ci ildən fəaliyyət göstərir və məktəbin 21 məzunu var. Kursun bəzi məzunları artıq yerli mediada işlə təmin olunublar.

ŞƏRH YAZ
5