Batumidə skuterin vurduğu  24 yaşlı gənc sağalıb
18.09.2023 20:17
270
Hadisə
A
Batumidə skuterin vurduğu 24 yaşlı gənc sağalıb

Batumidə dənizdə skuterin vurduğu 24 yaşlı gənc sağalıb. 

Aktual.ge xəbər verir ki, bu barədə Batumi Tibb Mərkəzi BMC məlumat yayıb.

'Bir neçə gün xəstə reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub. Komanda tərəfindən aparılan adekvat müalicə fonunda onun vəziyyəti yaxşılaşıb və o, qənaətbəxş vəziyyətdə evə buraxılıb”, - BMC Facebook-da yazıb.

Qeyd edək ki, hadisə sentyabrın 5-də Batumidə, əlifba qülləsinin yaxınlığında  baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə araşdırma aparılır.
 

ŞƏRH YAZ
0