
Kateqoriyalar
Rustavidə birinci siniflər üçün nəzərdə tutulmuş 49 ədəd noutbuk oğurlanıb
Aktual.ge xəbər verir ki, hadisə 13 sentyabr gecə saatlarında baş verib.
Yaşı 20-dən az olan iki gənc birinci sinif şagirdləri üçün nəzərdə tutulan notbukları dərslərin başlamasına 2 gün qalmış 23 saylı ictimai məktəbdən oğurlayıblar.
Sözü gedən şəxslər gecə məktəbin pəncərəsindən gizlicə daxil olaraq 49 notbuk götürüblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfəri saxlayıb.