Bu il on müəllim 10 000 lari mükafat alacaq
19.09.2023 18:26
663
Mədəniyyət
A
Bu il on müəllim 10 000 lari mükafat alacaq

Bu il on müəllim 10 000 lari mükafat alacaq

Aktual.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin hazırladığı “Gürcüstanın ümumi təhsil haqqında qanununa dəyişiklik edilməsi ” layihəsində qeyd olunub.

"Təhsil və Elm Nazirliyi tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq, şagirdlərin, məktəb ictimaiyyətinin və ya cəmiyyətin inkişafına müxtəlif istiqamətlərdə xüsusi töhfə verən müəllimlərin hekayələri toplanacaq. Bundan sonra müxtəlif sahələrin tanınmış simalarının birləşdiriləcəyi xüsusi təyinatlı komissiya ilin ən yaxşı müəllimlərini müəyyənləşdirəcək. 

Seçilən 10 müəllim pul mükafatı və həmçinin döş nişanı ilə təltif olunacaq . Təqdim olunan mükafat bir nəfər üçün - 10 000 lari məbləğində müəyyən edilir. 2023-cü ilin sonunadək 10 müəllim milli müəllim mükafatı alacaq".-Bu barədə qanun layihəsinin izahatında qeyd olunub.

Bundan əlavə, qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən, oktyabrın 27-si Milli Müəllimlər Günü olaraq qeyd olunacaq.

ŞƏRH YAZ
4