Şuşa atəşə tutulub, bir nəfər həlak olub - FOTO
19.09.2023 18:39
368
Siyasət
A
Şuşa atəşə tutulub, bir nəfər həlak olub - FOTO

Azərbaycanın Şuşa şəhəri Ermənistan Ordusu tərəfindən atəşə tutulub və bir vətəndaş həlak olub.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan mətbuatı məlumat yayıb.

"Erməni separatçıların Şuşanı atəşə tutması nəticəsində həlak olan Vidadi Fərhadov Şuşada dəfn ediləcək" , - məlumatda deyilir.

Məlumat üçün bildirək ki, Azərbaycan Müdafiə Nazirliyi 19 sentyabr yaydığı bəyanatda qeyd olunub ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bu səbəblə Azərbaycan Ordusu bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Vurğulanıb ki, antiterror əməliyyatı çərçivəsində mülki əhali və infrastruktur obyektlər hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

ŞƏRH YAZ
5