Seyid Mirtəqi Əsədov və Dr.Mirismayıl Əsədova ağır itki - FOTO
22.09.2023 12:17
1000
Siyasət
A
Seyid Mirtəqi Əsədov və Dr.Mirismayıl Əsədova ağır itki - FOTO

Dəyərli rühani Seyid Mirhüseyin Əsədov vəfat edib.

Bu barədə məlumatı Aktual.ge xəbər portalına mərhum rühaninin oğlu, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) sədri Seyid Mirtəqi Əsədov da təsdiq edib.

O, bildirib ki, dəfn mərasimi 23 sentyabr Marneulinin Dəmiyə Qorarxında baş tutacaq.

21 sentyabr axşam saatlarında haqqın rəhmətinə qovuşan Seyid Mirhüseyin uzun müddət idi, şəkər və böyrək xəstəliyən əziyyət çəkirmiş.

Məlumat üçün bildirək ki, Marneuli Bələdiyyəsinin Dəmiyə Qorarxı kənd sakini Seyid Mirhüseyin Əsədov 14 yaşından Əhlibeyt (ə) yolunda xidmətə başlayıb. Dövrün çətin vaxtlarında o, dini dərslər keçib, dəfn mərasimlərində iştirak edib, İmam Hüseyn (ə) əza məclisləri keçirib, İslamın vacib əməllərini insanlara çatdırıb. Mirhüseyin Əsədov Dr. Hacı Mirismayıl Əsədov və ÜGMADİ sədri Mirtəqi Əsədovun atasıdır.

Biz də mərhum rühani Seyid Mirhüseyinə Allahdan rəhmət diləyirik və övladlarına baş sağlığı ərz edirik.

ŞƏRH YAZ
6