22.09.2023 12:44
470
Siyasət
A
"Aktual Məktəb" Jurnalistika kursunun tələbələri Parlamentdə olublar - FOTOLAR

"Aktual Məktəb" Jurnalistika kursunun tələbələri sentyabrın 21-də Tbilisidə Parlament binasında olublar.

Aktual.ge-nin verdiyi xəbərə görə, "Aktual Məktəb"in iştirakçıları öncə Gürcüstan Parlamentini ekskursiya ediblər, buradakı müxtəlif müzeyləri gəziblər, eləcə də onlara qanunverici orqanın tarixi haqqında geniş məlumat verilib.

Qanunverici orqanın iş fəaliyyəti ilə tanış olan gənclər, Parlamentin sessiyasında qonaq qismində iştirak ediblər və Parlamentin sədri Şalva Papuaşvili "Aktual Məktəb"in gənclərini salamlayıb və xoş gəlminiz deyib. 

Daha sonra Parlamentin vitse-spikeri Arçil Talakvadze və Marneuli-Qardabani majoritar deputatı Zaur Darğallı gənclərlə görüşüb.

Arçil Talakvadze gənclərə ölkə siyasəti, qarşıda duran prioritet məsələlər, Gürcüstanın Avropaya inteqrasiyası və ölkədəki azad media mühiti barədə danışıb.

"Gənclər bu gün sizlər media kurslarında iştirak etməklə əmin olun ki, ən doğru yoldasınız. Bu gün ölkəmizdə media, xüsusi ilə də bölgələrdə mediaya çox ehtiyac var. Jurnalistikanı öyrənmək və bu istiqamətdə çalışmaq mühümdür, bizlərdə ilk olaraq mediadan, jurnalistikadan başlamışıq. Artıq dövr dəyişib bu gün hər şey sosial şəbəkələr üzərindən hökm sürür, sizlər gərək sosial şəkələrdə aktiv olasınız, ümumiyyətlə hər zaman fəal olmaq, baş verən proseslərdə aktiv olmaq sizlər üçün öncəlik təşkil etməlidir. Bu gün burada sizlərlə görüşmək biz üçün çox xoşdur" , - deyən Parlamentin vitse-spikeri Marneulidə Azərbaycan dilli xəbər portalı Aktual.ge-nin olması habelə "Aktual Məktəb" tərəfindən Jurnalistika kurslarının təşkil edilməsindən məmnunluğunu ifadə edib.

Sual cavab formatında yekunlaşan seminar görüşdən sonra Arçil Talakvadze gənclərlə ailə fotosu çəkdirib və məzuniyyət tədbirlərində iştirak edəcəyini bildirib.

ŞƏRH YAZ
6