Bu gün Parlamentdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək - Ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılıb
22.09.2023 13:13
252
Siyasət
A
Bu gün Parlamentdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək - Ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılıb

Aktual.ge xəbər verir ki, Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb.

Əldə edilən məlumata görə, cari il sentyabrın 22-də Gürcüstan parlamenti sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 “Gürcüstanda təhlükəsizliyin mühafizəsi qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına əsasən Gürcüstan Parlamentində "sarı" təhlükəsizlik səviyyəsi qüvvədə olacaq - ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılıb.

Əldə olunan məlumata görə, məhdudiyyət akkreditasiyadan keçmiş jurnalistlərə şamil edilməyəcək. Sözügedən tədbirin məqsədi Gürcüstan Parlament Sarayında təhlükəsiz və iş mühitinin təmin edilməsidir”, - deyə məlumatda qeyd olunur.

 

ŞƏRH YAZ
5