TİKA Tbilisidə Spektri Dövlət Peşə Məktəbində keramika emalatxanası təsis edib - VİDEO
22.09.2023 16:00
359
Mədəniyyət
A
TİKA Tbilisidə Spektri Dövlət Peşə Məktəbində keramika emalatxanası təsis edib - VİDEO

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Gürcüstanın Spektri Dövlət Peşə Məktəbində yaradılan keramika emalatxanasının açılışı olub.

Aktual.ge xəbər verir ki, paytaxt Tbilisidə sözügedən təhsil ocağında baş tutan açılış mərasiminə Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, TİKA-nın vitse-prezidenti Dr.Ümit Naci Yorulmaz, Mərkəzi Asiya və Qafqaz Departamentinin rəhbəri Dr. Ali Özgün Öztürk, Spektri Dövlət Peşə Məktəbinin direktoru Mate Takidze, Gürcüstan Təhsil və Elm Nazirliyinin Peşə Təhsilinin İnkişafı İdarəsinin rəisi Tamar Kvinikadze və gənclər iştirak ediblər.

Burada çıxış edən Türkiyənin Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Ali Kaan Orbay bu kimi layihənin açılış mərasimində olmaqdan böyük məmnuniyyət duyduğunu bildirib və göstərdikləri dəstəyə görə TİKA-ya təşəkkür edib.

Türkiyənin keramika istehsalında çox zəngin təcrübəyə malik olduğunu deyən türk diplomat bu təcrübələri gürcü mütəxəssislərlə bölüşməyə hazır olduqlarını bildirib.

Dr.Ümit Naci Yorulmaz müvafiq məktəbin Gürcüstanın ən qədim və dəyərli təhsil ocaqlarından biri olduğunu da qeyd edib.

Gürcüstan üçün böyük əhəmiyyət kəsb edən bu peşə məktəbi ilə əməkdaşlıqdan məmnun olduqlarını ifadə edən vitse-prezident deyib ki, TİKA bu əməkdaşlığı qürurla davam etdirəcək.

Gürcüstanın inkişafına və orada məşğulluğun təmin edilməsinə töhfə vermənin Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Naci Yorulmaz, keramika istehsalı zamanı istifadə olunan materialları formalaşdıran tələbələrin də iki ölkə arasında əlaqələrin möhkəmlənməsində iştirak edəcəklərini bildirib.

Spektri Dövlət Peşə Məktəbinin avadanlıqları TİKA tərəfindən təmin edilən emalatxananın açılışından sonra qonaqlar tələbələrin keramika işlərinə baxıblar.

Bununla belə Naci Yorulmaz AktualTv geniş müsahibə verib və Gürcüstanda TİKA tərəfindən gerçəkləştirilən layihələr haqqında danışıb

Daha ətraflı videonu təqdim edirik:

ŞƏRH YAZ
3