
Kateqoriyalar
Sentyabrın 23-də Bolnisinin köhnə alman məhəlləsində "Bolnisi Şəhər Günü 2023" keçiriləcək.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Bolnisi meriyası öz rəsmi səhifəsində yayıb.
Tədbir saat 16:00-da başlayacaq.
Tədbirdə animatorların və nağıl qəhrəmanlarının iştirakı ilə uşaq əyləncə şousu, müxtəlif idman tədbirləri, küçə karnavalı təşkil ediləcək.
Xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgisi, müxtəlif növ gürcü şərabının, kənd təsərrüfatı məhsullarının sərgi və satış yarmarkası keçiriləcək
Saat 18:00-da isə qala-konstert keçiriləcək.