
Tbilisinin Qldani rayonunda “Vahid Milli Hərəkat” üzvləri ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında fiziki qarşıdurma baş verib.
Aktual.ge xəbər verir ki, “Milli Hərəkat”ın keçmiş sədri Nika Melia, partiya üzvü Baço Dolidze və ictimai fəal Zviad Kuprava hüquq-mühafizə orqanları tərəfindən ərazidən çıxarılıb və onlar saxlanılıb.
DİN-dən bildirilib ki, Nika Melia, Baço Dolidze və Zviad Kuprava polislərə xidməti vəzifələrini yerinə yetirməyə maneçilik törətdiklərinə, onları şifahi və fiziki təhqir etdiklərinə görə saxlanılıb.
Qeyd edək ki, Qldanidə "Vahid Milli Hərəkat" üzvləri Tbilisi şəhər şurasının "Milli Hərəkat"dan olan üzvü İrakli Edzveradzeyə hücum etdikdən sonra toplaşıblar. İrakli Edzveradzenin bildirdiyinə görə, o, 30-dan çox şəxs tərəfindən fiziki təzyiqə məruz qalıb. Onun sözlərinə görə, ona hücumu əmr edən şəxs Şəhər Şurasının çoxluğdan deputatı, “Gürcü Arzusu”nun üzvü Kote Zarnadzedir. “Milli Hərəkat” üzvləri hücumu bu gün Tbilisi Şəhər Şurasında Edzqveradze ilə Zarnadzenin fiziki olaraq üz-üzə gəlməsi ilə əlaqələndirirlər.