
“Milli Hərəkat” partiyasının üzvləri Nika Melia, Baço Dolidze və Zviad Kuprava polislərə xidməti vəzifələrini yerinə yetirərkən maneçilik törətdiklərinə, onları şifahi və fiziki təhqir etdiklərinə görə saxlanılıb".
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə ilə bağlı İnzibati Xətalar Məcəlləsi ilə araşdırma aparılır.
"Daxili İşlər Nazirliyinin əməkdaşları Qldanidə qarşıdurma barədə məlumat aldıqdan sonra dərhal hadisə yerinə gediblər. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsinin qrup zorakılığı maddəsinin birinci hissəsi ilə istintaqa başlanılıb. Faktla bağlı müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mübahisə edən şəxslər hadisə yerinə gedən polis əməkdaşlarına qarşı müqavimət göstəriblər, polislərin xidməti vəzifələrini yerinə yetirməsinə mane olublar, onları şifahi və fiziki təzyiq ediblər. Həmin vaxt polis tərəfindən üç nəfər saxlanılıb ".- deyə Daxili İşlər Nazirliyindən İnterpressnews.ge xəbər portalına bildirilib.