Gürcüstan hökumətinin qərarına əsasən, 27-45 yaş arası qadınlar papilloma virusuna qarşı ödənişsiz peyvənd oluna bilərlər.
Aktual.ge xəbər verir ki, dövlət proqramı çərçivəsində həkim tövsiyəsi ilə 15 yaşdan 45 yaşa qədər, sxem üzrə - 0 - 2 - 6 ay müddətində üçdəfəlik peyvənd olmaq mümkündür.
Qeyd edək ki, insan papilloma virusu dünyada çox geniş yayılmış infeksiyadır və cinsi yolla ötürülür.
Bu infeksiyanın əsas xüsusiyyəti bir neçə il ərzində özünü biruzə verməmək və nəticədə xoşxassəli (papilloma) və bədxassəli kimi cinsi xəstəliklərə səbəb olmasıdır.
İnsan papilloması virusunun 100-dən çox növü var. Növlər virusun özünəməxsus formasıdır və bir-birindən fərqlənir.
İnsan papilloma virusunun 16 və 18-ci növündən qoruyan vaksin kəşf edilib. Vaksinasiya dünyanın 45 ölkəsində həyata keçirilir.