Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin davam edən hərbi əməliyyatlarının dəstəklənməsi üçün əlavə hərbi yardımlar axtarışındadır.
Aktual.ge BBC-yə istinadən xəbər verir ki, Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutu 2023-cü ilin avqustunadək Kiyevə ən çox hərbi yardım göstərmiş ölkələri açıqlayıb. Statistikaya əsasən avqustadək Ukraynaya 46,6 milyard dollar dəyərində hərbi yardımlar etmiş ABŞ siyahıya liderlik edir. Ümumilikdə Ukraynaya ən çox hərbi yardım tədarük edən ölkələrin onluğu aşağıdakı kimidir:
ABŞ – 46,6 milyard dollar
Almaniya – 18,9 milyard dollar
Böyük Britaniya – 7,3 milyard dollar
Norveç – 4,1 milyard dollar
Danimarka - 3,9 milyard dollar
Polşa - 3,3 milyard dollar
Niderland – 2,7 milyard dollar
Kanada – 1,8 milyard dollar
İsveç – 1,6 milyard dollar
Finlandiya – 1,4 milyard dollar