Xankəndidə partlayış: 20 ölü, 290 yaralı
26.09.2023 13:20
629
Dünya
A
Xankəndidə partlayış: 20 ölü, 290 yaralı

Azərbaycanın Xankəndi şəhəri yaxınlığındakı yanacaq məntəqəsində çənin patlaması nəticəsində ölən və xəsarət alanlarla bağlı məlumat yenilənib.

Aktual.ge xəbər verir ki, rus "sülhməramlılarının" tibb mərkəzi də daxil olmaqla, 3 tibb müəssisəsinə ümumilikdə müxtəlif xəsarətlərlə 290 nəfər gətirilib.

7 nəfərin həyatını xilas etmək mümkün olmayıb, onlarla şəxs ağır vəziyyətdədir, 13 meyitin isə şəxsiyyəti tanınmayıb və morqa yerləşdirilib.

İtkin düşənlərin olduğu bildirilir.

Qeyd edək ki, ötən gün Xankəndi-Əsgəran yolu üzərindəki yanacaq məntəqəsində partlayış olub. Partlayışda yüzlərlə şəxsin öldüyü iddia edilmişdi.

ŞƏRH YAZ
5