Tibb işçiləri üçün minimum əmək haqqı həddi müəyyən ediləcək
17.10.2023 11:27
806
Sağlamlıq
A
Tibb işçiləri üçün minimum əmək haqqı həddi müəyyən ediləcək

Səhiyyə Nazirliyinin məlumatına görə, tibb işçiləri üçün məcburi minimum əmək haqqı islahatının əhatə dairəsi genişlənir.

Aktual,ge xəbər verir ki, 2024-cü il yanvarın 1-dən aşağıdakı vəzifələrdə çalışan tibb işçiləri üçün minimum əməkhaqqının həddi müəyyən ediləcək:

  • Kiçik həkim - ayda ən azı 960 lari (saatda 5 lari)
  • Tibb bacısının köməkçisi - ayda ən azı 672 lari (saatda 3,5 lari) 
  • Sanitar - ayda ən azı  576 lari (saatda 3 lari).

Agentlik bildirir ki, maaş artımı 6 minə qədər insana şamil olunacaq.

İslahat nəticəsində stasionar komponentlə universal səhiyyə proqramına daxil olan bütün klinikalar Səhiyyə Nazirliyinin təqdim etdiyi minimum həddi nəzərə almaqla tibb işçilərinin əmək haqqını müəyyən etməyə borclu olacaqlar. Əks halda, tibb müəssisəsi universal sağlamlıq proqramından çıxarılacaq.

 

ŞƏRH YAZ
0