17.10.2023 12:56
752
Mədəniyyət
A
"Aktual Məktəb" Jurnalistika kursunun tələbələri təlimlərini "Pirveli Arxi" telekanalında davam edirlər - FOTO

"Aktual Məktəb" Jurnalistika Kursunun III tələbələri təhsillərinin nəzəriyyə hissəsini bitirib, təcrübi hissəsini Gürcüstanın İctimai Yayımçı (Pirveli Arxi) televiziya kanalında davam etdirirlər.

Aktual.ge xəbər verir ki, kursun birinci mərhələsini uğurla başa vuran gənclər "Pirveli Arxi"də jurnalistikanın praktiki hissəsi üzrə təlimlər keçirlər. Həftədə iki dəfə olmaqla kurs iştirakçıları reportaj və video süjetlərin hazırlanması, informasiya alətləri, canlı xəbər təqdim etmək, video redaktə etmək və s. Təlimlər keçirlər.

"Pirveli Arxi" telekanalının binasında kurs iştirakçılarına "Rəngarəng" Gürcüstan Departamentinin rəhbəri, jurnalist Ramilə Əliyeva təlimlər keçir.

Qeyd edək ki, "Aktual Media" qeyri-hökumət təşkilatının nəzdində fəaliyyət göstərən "Aktual Məktəb" Jurnalistika kurslarının 2021-ci ildən fəaliyyət göstərir və məktəbin 21 məzunu var. Kursun bəzi məzunları artıq yerli mediada işlə təmin olunublar. "Aktual Məktəb" Jurnalistika kursu III bu ilin 21 iyul tarixində başlayıb.

ŞƏRH YAZ
6