Tbilisidə Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş
20.10.2023 00:03
557
Mədəniyyət
A
Tbilisidə Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş "Azərbaycan Musiqisi Gecəsi" keçirilib - FOTO

Tbilisidəki V.Sarajişvili adına Milli Konservatoriyanın böyük zalında Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş "Azərbaycan Musiqisi Gecəsi " adlı konsert təşkil olunub.

Aktual.ge xəbər verir ki, konsert Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin və Xan Şuşinski Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Samir Əbdürəhmanov çıxış edərək Azərbaycanın müstəqillik mübarizəsinin tarixinə nəzər salıb. Dövlət müstəqilliyinin bərpasında və möhkəmlənməsində Ümummilli Lideri Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib. Bildirib ki,  Azərbaycan müstəqilliyinin ilk dövrlərində qarşılaşdığı bütün çətinliklərə baxmayaraq Ulu Öndər xalqı bəlalardan qutardı və azadlığı, müstəqilliyin əbədi olmasına nail oldu.  

Diplomat Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünya dövlətləri sırasında mövqeyinin daha da möhkəmləndiyini bildirib. 

Tədbirdə “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova çıxış edərək deyib ki, bu gün ölkələrimiz arasında əlaqələr daha da inkişaf edir və möhkəmlənir. O, bu cür tədbirlərin mədəni əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. 

Konsertdə Azərbaycanın Əməkdar artisti Nərgiz Kərimova (soprano), Əminə Zülfüqarova (fleyta), Nigar Həsənova (piano) və Gülsüm Xəlilova (soprano) Azərbaycan xalq və bəstəkar, eləcə də dünya musiqiçilərinin əsərlərindən ibarət mahnılar ifa ediblər.

ŞƏRH YAZ
1