Xroniki xəstəlikləri olan pensiyaçılara dərman pulsuz veriləcək
03.11.2023 15:23
812
Sağlamlıq
A
Xroniki xəstəlikləri olan pensiyaçılara dərman pulsuz veriləcək

Hökumətin qərarı ilə 2024-cü ildən xroniki xəstəlikləri olan pensiyaçılara dərman pulsuz veriləcək.

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin iclasında çıxışı zamanı bildirib.

Hökumət başçısı deyib ki, belə pensiyaçıların sayı 400 minə yaxındır.

“Səhiyyə proqramlarının maliyyələşdirilməsi artıb. Gələn il xroniki xəstəliklərə görə dərmandan asılı olan pensiyaçılara il boyu pulsuz dərman veriləcək. Bu, təxminən 400 min pensiyaçını əhatə edir deməkdir. Bu, əlbəttə ki, çox mühüm bir faydadır. Bundan əlavə, biz pensiyaçıların maaşlarını artırmışıq və pensiya artıq 500 lariyə yüksəlib - 2012-ci ildə 110 lari idisə, indi 500 lari olub. 2024-cü ildə xroniki xəstəlikləri olan pensiyaçılar dərmanları pulsuz alacaqlar. Biz bu tendensiyanı qoruyub saxlayacağıq" , - deyən Baş nazir onkoloji xəstələrin erkən tədqiqatlarının maliyyələşdirilməsinə də başlanılacağını bildirib.

İrakli Qaribaşvili qeyd edib ki, dərmanlarla bağlı isə demək istərdim ki, həyata keçirdiyimiz səmərəli tədbirlər nəticəsində vətəndaşlarımız cibdən ödənişlərə ümumilikdə 300-400 milyon lari qənaət edəcəklər. 

ŞƏRH YAZ
0