Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagird kollektivi 9-11 noyabr 2023-cü il tarixlərində Zəfər Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə çıxış etmək məqsədilə Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcək.
Bu barədə Aktual.ge xəbər portalına Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
"Azərbaycanın Əməkdar artisti Firuzə İbadova, Prezident təqaüdçüləri olan musiqiçilər və xanəndələrin daxil olduğu kollektiv noyabrın 11-də Tbilisidə “Zəfər Sədaları” adlı konsert proqramı ilə çıxış edəcək.
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçığı ilə baş tutacaq konsert proqramında iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər +995 598 32 00 09" , - məlumatda deyilir.