
Kateqoriyalar
Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidov vəzifəsindən gedir.
Aktual.ge-nin verdiyi xəbərə görə, bu barədə din xadimi 1 noyabr tarixində Tbilisidə “Qurtuluş və Hidayət nuru – Qurani-Kərim” adlı beynəlxalq konfransın sonunda bəyan edib.
Şeyx rühanilərlə hallalaşıb və vidalaşıb.
Aktual.ge xəbər portalının etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, dekabr ayının ikinci hissəsində baş tutacaq Şeyx seçkilərində Hacı Ramin iştirak etməyəcək.