Gürcüstanın turizmdən gəliri 97% azalıb
16.07.2020 20:54
302
İqtisadiyyat
A
Gürcüstanın turizmdən gəliri 97% azalıb
İyunda Gürcüstan turizmdən 11,2 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Aktual.ge xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında bildirilib. İllik müqayisədə ölkənin turizm gəlirləri 329 milyon ABŞ dolları, yaxud 97% azalıb. Sənədə əsasən, ötən ay Gürcüstan sərhədlərini 38 min əcnəbi keçib ki, bu da ötən ilin eyni göstəricisindən 96% azdır. Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Gürcüstan martın 18-dən sərhədlərini əcnəbilər üçün bağlayıb. 
ŞƏRH YAZ
0