
Kateqoriyalar
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Ali Dini Şurası keçiriləcək şeyx seçkiləri ilə bağlı 8 noyabr tarixində toplanacaq.
Bu barədə Aktual.ge xəbər portalı məlumat əldə edib.
Etibarlı mənbələrdən əldə edilən məlumata əsasən, Şura müvafiq şeyx namizədlərini rəsmin təsdiq edəcək.
Bununla belə əldə edilən məlumata görə, şeyx seçkilərinin tarixi də həmin Şuranın iclasında elan edilməlidir.
Qeyd edək ki, İlahiyyatçı - Hacı Qurban Murquzov, Hacı Faiq Nəbiyev və Kərbəlayi Vidadi Qurbanov şeyxliyə namizədliyini ilk dəfə Aktual.ge xəbər portalına ötən gün təsdiq ediblər.