Axundlar Birliyi Şeyx seçkiləri ilə bağlı bəyanat yayır
06.11.2023 20:58
718
Din
A
Axundlar Birliyi Şeyx seçkiləri ilə bağlı bəyanat yayır

Bildiyiniz kimi, bu ilin dekabr ayında Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçkisi baş tutacaq. Marneulidə 20-dən artıq axundun birləşdiyi Axundlar Birliyi şeyx seçkiləri ilə bağlı bəyanat yayıb.

Aktual.ge bəyanatı olduğu kimi təqdim edir:

"Yeni seçiləcək şeyx idarədə bir sıra islahatlar aparmalı və mövcud problemlər həll edilməlidir. Namizədlərin din xadimləri arasında gələcək proqramları barədə məlumatlar təqdim etmələri arzu ediləndir. Şeyx seçkilərində əsas qərar verici Ali və elmi Şuranın tərkibinə axundlar da əlavə edilməlidir.

Axundlar Birliyi tələb və tövsiyyə olunan məsələlər həll olunmadığı təqdirdə, yeni seçilən şeyxlə əməkdaşlığı dayandıracaqlar, üstəkik bu barədə ictimaiyyətə geniş məlumat verəcik".

ŞƏRH YAZ
2