SOCAR-ın Gürcüstan nümayəndəliyində Azərbaycanın Zəfər Günü qeyd olunub - FOTO
07.11.2023 17:15
512
Mədəniyyət
A
SOCAR-ın Gürcüstan nümayəndəliyində Azərbaycanın Zəfər Günü qeyd olunub - FOTO

Bu gün Tbilisidə, SOCAR-ın Gürcüstan nümayəndəliyində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Aktual/ge xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirləri - Faiq Quliyev və Ali Kaan Orbay, dost ölkələrin hərbi attaşeləri, diplomatlar, Parlamentin üzvü Savalan Mirzəyev, Marneuli meri Kənan Ömərov, Azərbaycan, Gürcüstan və Türkiyənin iş adamları, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi zamanı canlarından keçmiş Gürcüstandan olan şəhidlərin ailə üzvləri və yaxınları, din xadimləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. Tədbirdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə barədə danışılıb, bu tarixi nailiyyəti şərtləndirən əsas amillər barədə məlumat verilib.

Tədbirdə həmçinin gürcü məktəblisi Məhəmməd Qasımovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi "O, bir dahidir" kitabının təqdimatı olub. Daha sonra "Oğul" sənədli filmi nümayiş etdirilib. Bildirilib ki, Birinci Qarabağ müharibəsindən, xüsusilə Xocalı soyqırımından bəhs edən bu film xarici ölkələrdə ilk dəfə Gürcüstanda nümayiş etdirilib.

ŞƏRH YAZ
1