Məscid axundu GMİ-dən ayrıldığını elan etdi
09.11.2023 22:54
1521
Din
A
Məscid axundu GMİ-dən ayrıldığını elan etdi

Gürcüstan Müsəlmanları İdarəsində (GMİ) şeyx namizədləri rəsmən açıqlandıqdan sonra Marneulinin böyük Məscidlərindən birinin axundu istefa verib.

Aktual.ge xəbər verir ki, Algeti/Görarxı İmam Əli Məscidinin axundu Mahir Quliyev GMİ-dən istefa verərək, ayrıldığını açıqlayıb.

Aktual.ge xəbər portalına açıqlama verən ilahiyyatçı bildirib ki, tələm-tələsik GMİ-nin Ali Dini Şurasına iki nəfər üzv əlavə edilib.

"Biz, aylar öncə GMİ-nın daxili məsələlərində bir necə tələb irəli sürmüşdük. O, tələblərdən biri də şeyxi seçən şura və elmi şura haqqında idi. Nəticə etibari ilə son qərar olaraq tələblərimiz nəzərə alınmadı və bunun şeyx seçkisi ərəfəsi mümkün olmayacağını bildirdilər. Bəs görəsən tələm-tələsik Mahir Məmmədov və Kamran Mamedovu nə əcəb şeyxi seçəcək şuraya əlavə etdilər?" , - söyləyib Mahir Quliyev

Tələblərinin yerinə yetirilmədiyi təqdirdə yeni şeyx ilə də əməkdaşlıq etməyəcəklərini ifadə edən din xadimi əlavə edib ki, biz tələblərimizi irəli sürdüyümüz vaxt hər şeyi açıq demişdik hətta əgər qəbul edilməzsə gələcək şeyxi tanımayacaq və həmin şeyxlə də əməkdaşlıq edilməyəcəyini bildirilmişdik.

"Mən düşünürəm ki, digər axund qardaşlar da, GMİ ilə öz əməkdaşlıqlarını dayandıracaq" , - deyib Mahir Quliyev.

Axund onuda bildirib ki, əgər şeyx seçkisinə qədər tələblərimiz nəzərə alınarsa, GMİ ilə yenidən əməkdaşlıq etməyə hazırıq. Yox əgər tələblərimiz nəzərə alınmazsa media nümayəndələri ilə daha geniş masa arxasında oturacağıq.

ŞƏRH YAZ
3