
Kaxeti Polis Departamentinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürmədə təqsirli bilinən 1990-cı il təvəllüdlü B.M.-ni saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, cinayəti törədən şəxsi 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
“İstintaqda müəyyən edilib ki, təqsirləndirilən şəxs Saqareco bələdiyyəsində maliyyə mövzusu ilə bağlı yaranmış mübahisə zəminində 1994-cü il təvəllüdlü C.M. soyuq silahla ölümcül yaralanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə gözaltına alıblar.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, qanlı hadisə Qaraçöp mahalının Keşəli kəndində qeydə alınıb.